Black Death

Qaranlıqlar ölkəsinə xoş gəlmisiniz insanlar
Burada hər kəs üçün çox gözəl yerlər var.
Hörmət də var burada, heç kəs bir-birini incitmir
Ölənlər artıq ölmüşdür
Mahnılar onları diriltmir.
Bir arzum var gerçək olsun,
Bu ölkədə işıq olsun
Ruhumu izləyən çox gözəl bir günəş olsun.
İşıq salsın insanların daş-kəsəkli yollarına
Artıq taqətim qalmadı
Tuta bilmədim qollarımda xoşbəxtliyi, sevgini, inamı.
Gecələyi məhv etdim öz əlimlə,
Boğulmaq istədim bu acı zəhərimlə.
Səhərimlə tanış oldum,
Məndən qaçdı, uzaq oldu.
Yox oldu gözlərimdə mavi dənizin dalğaları.
Yox oldu ürəyimdə yaşatdığım duyğularım.
Məhv etdi məni həyat,
Sürgün etdi qara torpaq.
Saraldı yaşıl yarpaq
Yox oldu açıq səma.
Yoruldu əllərim, yaşardı gözlərim.
Ürəyim qan ağladı, qara torpaqda iz saxladı.
Ağladı balaca uşaq,
Səsə gəldi insanlar.
Kəsdi damarlarını, baxıb-baxıb həzz aldı.
Ölüm qalib gəlmişdi,
O, artıq məhv olmuşdu, həyatı məhv olmuşdu.
Ürəyinə sevmə deyə bilməmişdi,
Ona görə belə olmuşdu.
Həyatı iki saniyəlik kino kimi gözünə göründü...
Yaşayırdı həyatının hər anını kədərlə,
Niyə belə olmuşdu, başa düşmürdü hələ də.
Artıq gecdi, hər şey keçdi
İndi onun həyatı hmm çox gözəldi.
Əbədi getmişdi, bu dünyaya əlvida demişdi.
İndi ruhu göylərdə, bədəni yerlərdə
Kölgəsi günəşdən qaçıb haradasa gizlənibdir.
Onu tapmaq mütləqdi, ya da ki, lazım deyil.
Onsuzda özü yoxdu, kölgəsi də lazım deyil.
O, əbədiyyətə göz yumubdu, artıq burada deyil!
Ölmüş insanlar yaşayırlar orada,
Günəş də qaçıbdır, gizlənibdir orada.
İnsanların həyatı məhv olubdur artıq
Hamısı gedib, yoxdular artıq burada.
Günəşi axtardım, tapa bilmədim
Həyatdan bezdim, ölümə doğru getdim.
Açdım qollarımı, oxudum duaları
Son dəfə ətrafa baxıb, atdım son addımımı.
Əlvida dedim, həyatı tərk etdim.
Gözlərimi yumub bu dünyadan getdim.

Yanvar 2012

Comments