Bəzən deyə bilməzsən. Kiməsə demək istədiyini nələrisə bir cümlə formasında deyə bilmirsən. Sözlər o qədər çox olar ki, artıq səni boğar. İtərsən o sözlərin içində. Heç kim anlamaz nə olduğunu. Lakin o kimsə - nələrisə demək istədiyin kimsə gələr və bu sözlərin içindən səni qurtarar. Amma o da anlamaz. Oturar bir kənarda sənə baxar və düşünər. Fəqət nə düşündüyünü də bilməz. Gözlərini gözlərindən qaçırmaq üçün min bir bəhanə ilə ətrafa baxar. Sən də anlamazsan. İkiniz də birilərinin gəlib "axı nə olub?" sualını verməsini gözləyərsiniz. Çünki özünüz danışmaq istəmirsiniz. Anlamaz deyə düşünüb susursunuz.
Qəribədi, ilk başqa yalnız sən idin suallarla dolu olan otaqda bir labirintdə. İndi isə o da var. Səni qurtarmaq üçün gəldi, amma o da çaşıb qaldı. Yarı yolda qaldı. Sənin qaldığın yarı yoldadı. Hər iki halda yanındadı və səninlədi.
Kimdir axı o?
Niyə gəldi?
Gedəcəkmi?
Üç sual. O üç sual ki, bütün həyatına cavabdı. O gələndə sənə heç bir sual vermədi. Bəs, nəyə görə sən ona qarşı bu sualları vermək qərarına gəldin? Bu da həyatın sənə verdiyi sual. O sual ki, cavabında əslində onun da vermək istədiyi sualların cavabı var. Və üç söz:
Xoş gəldin.
Həyatımsan.
Getməyəcəm.
22/05/2014
Comments
Post a Comment