Ayrılıq zamanı gəldi,
Yağış yağarkən göz yaşı gəldi.
Boğdu qəhər, hicran qəmi
Sonluqlar həmişə belədi?
Ayrılıq zamanı gəldi
Arzuların xəyalda itdiyi zaman
Keçmişə dönüb baxmaq istədi.
Sevərkən icazə almadı amma
Unudanda icazə almaq istədi.
Bəlkə unutmasın, sevsin deyəcək,
Həsrət həmişəlik bitsin deyəcək.
Ya da ki, heç bir söz deməyərək,
Keçmişə baxmağa davam edəcək...
Ayrılıq heç zaman gəlirəm deməz,
Bu acı, bu kədər heç zaman bitməz.
Sevən sevdiyinə qovuşsa əgər
Bu dünya heç zaman belə dövr etməz..
27/08/2013
This comment has been removed by the author.
ReplyDeleteSonlugunu beyendim. Mohur vurulub
ReplyDelete