Qəlbim bir quş tək qanad çalır..
Səbəbsiz, kimsəsiz, sevgisiz alovlanır..
Qəlbim səni mənə qısqanır..
Qəribədi hə? Dinlə musiqini.
Hə.. pianino notları və o..
O kimisi üçün sadəcə o'dur.
Amma.. Yox nəsə cümlələr bayağılaşır bir də başdan.
Səssizlik, qəlbin səssizliyi.
Həqiqəti hayqırarkən bunları kimsənin duymaması..
Sözlərə baxış.. Bir az romantika bir az da qış.. Bütün bunların qarşılığında isə böyük bir qorxu.. Sevmək, sevilməmək və sonda itirmək.. Ya da sadəcə itirmək. Amma sevgi.. O daima qalacaq. Yox axı bu hisslərimin səsi deyil. Yenə inkar edirəm. Axı niyə? Olmazmı bir dəfə də qəbul etsəm.. Qəbul etsən.
Baxma o soyuq baxışlarla.. Çünki o baxışlar qəlbimi üşüdür. Əllər istidi. Hə soyuq baxış və isti əllər. Bilirsən niyə? Çünki əllər cibdədi..
Bayaq baxma dedim bağışla.. Elə demək istəmədim. Bax.. uzun və mənalı baxırsan. Gözlərində görürəm o xoşbəxtliyi..
Yox, ağlamıram. Bir az kədərləndim. Qəbul edirəm sevirəm həm də, sənin məni sevməyəcəyin qədər çox sevirəm..
Sus.. Heç nə demə. Hakim kəsilsin bu dəqiqələr ömrümə. Getməsin zaman, dursun əqrəblər. O baxışların həkk olsun beynimə.. Sevirəm də mənə. Yaşat məni səni xəyallarımda yaşadığım kimi.. Sev məni hər səhər oyananda həyatı sevdiyin kimi.. Ya da sevmə məni, amma tərk etmə sevgimə tamaşa elə..
Barmen bir şüşə daha...

Comments
Post a Comment