Bəli mən yazarkən özümlə danışıram. Sanki içimdəki hisslərlə bir masa arxasında oturub söhbət edirəm. Yox, həmişə asan olmur yazmaq. Çünki həmişə cəsarətli olmur insan. Hə, doğru fikirləşirsən yazanda rahatlaşıram. Nə? Səndə də belə olur? Hm.. Ola bilər. Mən ağ vərəqi eyni istiqamətdə qaralayaraq öyrəndim yazmağı. Tərk edərək sevməyi öyrənənlər kimi.. Ağlayanda göz yaşını silənlər kimi başladım yazmağa. Sanki qələm vərəq üzərinə göz yaşlarını tökürdü, mən isə onları silib yenidən doğru düzgün nizamladım. Sanki qaranlıq otağa işığın düşməsi üçün kənara çəkilən pərdə idi mənim yazdıqlarım. Otaq günəşin şəfəqləri ilə işıqlanır, mənim yazdıqlarımla da fikirlər aydınlanır. Hə məndə də olub, şüuraltı məna məna ötürmüşəm oxuyanların beyninə. Özüm də bilmədən, özləri də bilmədən..
(Musiqi bitmədən fikirlər bitməzdi, amma bu dəfə fərqli oldu. Öncə fikirlər, sonra musiqi bitdi..)

Comments
Post a Comment