Burda yağış yağır...

Burda yağış yağır
Ağaclar tərpənir sakitcə, gizli-gizli.
Baxışlarla yerə enir 
Damlalar gizlin-gizlin.
Burda yağış yağır 
Səmada ulduzlar da yox,
Burda yağış yağır
Ətrafımda heç kəs yox.
Yağışın altında bir şeir yazmaq,
Damlalara baxıb, xəyala dalmaq,
Az da olsa keçmişi anmaq
Şansını verir bu yağan yağış.
Burda yağış yağır heç dayanmadan,
İzlərəm səni sənə sormadan
Yox, bu misranı artıq yazmışam
Amma yağan yağış yenə yaz deyir.
Burda yağış yağır niyə görəsən
Damlalar yerə enməyə belə tələsir?
Buludların yerə olan həsrətindəndir
Yağan yağışla birgə həzin meh əsir.

Comments