Rüfət qərar vermişdi artıq. Əmisinin iş təklifini qəbul edib, orda işləyəcəkdi. Çünki başqa əlacı yox idi. Atasının iş otağını ona verdilər. 11 ildir ki, bu otağa xadiməçidən başqa heç kim girmirdi. İlk dəfə idi ki, bu qaoı bir məsul şəxs tərəfindən açılırdı və bu şəxs Rüfət idi. İlk günlər bu otaqda işləmək Rüfətə çətin olurdu. Lakin rəflərin birində atasının məktubunu tapdıqdan sonra rahatlaşmışdı. Hər keçən gün daha da artıq həvəslə işə gəlirdi. Artıq bəlli bir vəzifəyə də təyin edilmişdi. Təbii ki, Sabir bunu həzm edə bilmirdi, lakin bütün işçi kollektivi Rüfətə vəzifə verilməyin tələb edirdi. Belə olduğu halda Rüfətin aylıq məvacibi də artdı. Anasına hədiyyələr alır, onu bu keçən illərin kədərindən qurtarmağa çalışırdı..
Rüfətin işə olan bu həvəsinin səbəbi hər kəs kimi Sabirə də maraqli idi. Rüfət isə heç kimə fikir vermədən hər gün atasının məktubunu oxuyur və işinə davam edirdi. Bir gün gizli bir nömrədən zəng gəldi. Rüfət cavab verməyə tərəddüd etdi, lakin telefonun davamlı çaldığını görəndə gələn zəngə cavab verdi:
- Alo.
- Atan səninlə fəxr edir. Gözlə, o tezliklə gələcək.
Rüfət nə baş verdiyin anlamadı. Axı məktubda belə yazilmamışdı. Məktubu cibindən çıxardıb yenidən oxudu:
" Rüfət, oğlum. Bu məktubu oxuyursansa demək ki, mənim otağımdasan, o otaqda işləyirsən. Sən bu məktubu oxuyanda bəlkə də məni qinayacaqsan, heç vaxt bağışlamayacaqsan. Amma nə edim? Başqa əlacım yox idi. Sırf sən bu otaqda işləyəsən deyə, ananla xoşbəxt olasan deyə mən gizləndim bu illər ərzində. Hə oğlum düz fikirləşirsən, mən yaşayıram. Sən uşaq idin bilməzdin həmin gün, məni xəstəxanaya apardıqları gün öldüm. Amma adım öldü mən yaşayırdım. Məndən sonra da bir xəstə gətiriblər adı, soyadı bilinmirdi. Ölən o idi mənim oğlum. Cəsədi morqdan götürəndə heç kim baxmadı. Yadimdadı, hər dəqiqəsi yadımdadı. Anan ağlayırdı, inanmırdı. Mənim öldüyümə inanmırdı. Sevimli qadınım... O hiss edirdi ölmədiyimi, lakin heç kim onu dinləmirdi. Məni bağışlamaya bilərsiz, amma sizə görə gizləndim. Məni vuran o alçaqlar tutulmayana qədər gizlənəcəm. Yox oğlum, düşünmə ki, atan qorxaqdı. Bu belə deyil. Məni vuran alçaqlar sağ olduğumu bilsəydilər yenidən ya qaraşıma ya da mənim ailəmə zərər vuracaqdılar. Əminlə aralarındakı hesəb mənim ölümümlə bağlandı. Sağ olduğumu bilsəydilər yenə zərər yetirəcəkdilər..
Oğlum.. Yadinda səninlə göy qurşağını seyr eləməyə getmişdik. Bir il sonra sən yenə gəldin ora. Məndə ordaydım. Səni qucaqlamamaq üçün özümü güclə saxlayırdım. Hə sən yıxıldın o vaxtı mən gəldim yanına, amma məni tanımadın. Əynimdəki geyim, saç-saqqal məni taninmaz hala salmışdı. Məni görüb qorxmuşdun. Ağlayaraq qaçıb getdin. Həmin gün mən də çox agladım. Oğlum məndən qorxdu deyə ağlayırdım. Qaçanda papağını yerə salmışdın. Yeddi gün sonra məzarlığa gedəcəksiniz. Yəqin ki, bu məktubu da elə o vaxt gətirib qoyacam otağa. Papağını saxlayıram ətrinlə yaşamaq üçün. Sizə qovuşmaq istəyirəm amma bu bir il ərzində o alçaqları tapa bilməyiblər. Onlar tapılan kimi gələcəm. Hə bir də unutmadan deyim. Yəqin ki, xəbərin var bank hesabimda pul var. O puldan muəyyən qədər götürmüşəm. Mənim ölüm xəbərim yayilmamış götürmüşəm. İndi məktubu oxuyursansa demək ki, bank hesabına nəzər yetirməmisən. Ananın əllərindən öp. On il də keçsə, iyirmi il də keçsə gələcəm..."
Rüfət göz yaşlarına hakim ola bilmirdi. Hər dəfə məktubu oxuyanda kövrəlirdi, lakin bu dəfə çox pis olmuşdu və bu gələn zəng onu ümidləndirmişdi. Axı telefondaki adam da dedi- o gələcək..

Comments
Post a Comment