Çox düşündün epiloq yazım ya yazmayım. Amma son anda yazmağa qərar verdim. Bu hekayə "Bitməyən 1 son" əslində başqa mövzuda yazılmışdı. Bir ildən çox olardı ki, yazmışdım və mövzu qovuşmayan sevgi idi. Lakin baxdım ki, fərqli nəsə lazımdı. Ona görə ilk hissəni olduğu kimi saxladım lakin sonrakı hissələri dəyişdim. Son hissədə atanın - Samirin məktubu yarana biləcək sualların cavabı idi. Əslində o məktub hissəsi də olmayacaqdı :) Son hissənin yarısın yazmışdım ardın da elə o yazdığımı bloga köçürəndə yazdım. Zarafatla da olsa verilən sualların cavabın yazdım o məktubda. Bilmirəm nə dərəcədə bəyənildi oxuyanlara təşəkkür edirəm. Məndən bu qədər :)

Comments
Post a Comment