Başın sağ olsun, Vətən!

Xocalı ağlar vətənim,
Qaralar bağlar vətənim.
Sənsiz bir xoş gün görmədim,
Yaralar inlər vətənim.
             ***
Xocalı xoş diyarım,
Xoş günümdə boş diyarım.
Ayrı düşdük səndən diyarım
İllərdi deyirik döz diyarım.
                      ***
Səbr verməsin, qüvvət versin,
Yağı düşmənə bir dur desin,
Allah heç kimə göstərməsin
Bu günləri ki, biz yaşadıq,
Xocalı, səndən ayrıyıq..
                       ***
Sənlə gülüb, ağladıq biz
Qanlı bir gün yaşadıq biz,
23 ildi ayrıyıq biz
Bu həsrətə bir son qoyaq,
Biz Xocalıya qayıdaq!!

Comments