Qarışıq fikirlər..

Bu gecə dəfnin idi gələ bilmədim..
Səni çoxdan dəfn etmişəm mən..
Əbədi qəlbimdə yaşayacaqsan.
Bu gün torpağa verirlər səni
Mən son görüşə gələ bilmədim...
Peşmanam deyirəm geriyə dön sən
Axı gəlmirsən geri nə edim bəs mən?
Uzun gecələrdə yas saxlayım
Ya sevgi mahnıların dinləyib,
Xoşbəxt günləri xatırlayım?
Nə edim? Axı nə edim? Dur söylə mənə!
Quşlar səmadan aşağıda uçur
Yağış yağacaq deyəsən..
Ah.. axı sən, axı sən torpağa qarışmısan
Yağış səni üşüdər..
Bunu bəhanə et sən
Keçmişə dön yenə gəl..
Sənsiz yaşanmır bu Bakı
Keçilməzdi artıq yolları..
Nəsə məni hey düşündürür
Axı niyə gələ bilmədim o gün?
Səni dəfn elədilər
Mənsə.. mənsə eh nəysə boş ver
Onsuzda həmişə görüşə mən gecikmişəm. Bu dəfə də gecikdim. Amma.. amma bu son görüş idi..
                           Bağışlaya bilmirəm bunu özümə
                           Sənsizliyə dözüm hə?!
                           Necə edim axı bunu?
                           Sus! Bircə demə bu sonu..
Əvəz eləmədi səni başqalarının gözləri, o isti nəfəsi, o xoş sözləri.. Yox tapmadım səndəki xoşbəxtliyi...
Bilirsən əslində gəldim həmin amma sən yox idin.. Heç kim yox idi. Bəlkə də bu dəfə mən gecikməmişdim, sən tez getmişdin. Axı niyə belə edəsən? Mənsiz yaşaya bilməzsən deyirdin. Bəlkə.. bəlkə də mən gecikdiyim deyə yaşamadın sən...
                          Sevirdim deyirdim yanılmışam
                          Səni sənsizlikdə aramışam
                          Bağışla bu sevgi deyildi
                          Demək ki, mən sənə bağlanmışam..
Eh.. musiqilər bitər biri digərini əvəz edər amma nə çarə? Qəlb unudarmı olanları? Yox! Əsla! Hərdən gülümsəyib unutdm deyərsən amma unuda bilmərsən..
Şşş.. ağlama. Sil göz yaşlarını. Axı ona söz vermişdin, bir birinizə söz vermişdiniz ki, ağlamayacaqsız..
                          Yoxdu artıq o sevdiyin
                          Getdi sənin xoşbəxtliyin
                          Ağlama dolmasın o gözlərin
                          Sus! Təsirlidi sözlərin...
Dedi və getdi....

Comments

  1. Replies
    1. Doğurdan yaxşıdı ki? Mən bir neçə musiqini dinleyerek yazdim dusunmeden sadece yazdim beyenileceyin dusunmurdum))

      Delete

Post a Comment