Bitməyən 1 son.. (ikinci hissə)

Rəngbərəng, göz alıcı vitrinler,  lüks heyat.. Bunlar hamısı  Rüfətin xəyallarında gerçək olurdu. Anasının üzü gülsün deyə çox fədakarlıqlar edirdi. Bəzən gecələr evə gelmir, gecə növbəsində də işləyirdi. Lakin içindəki o nifrət, qəzəb hissi onu rahat buraxmırdı. Sabir müəllim.. Böyük insan amma şəxsiyyəti kiçik idi. Özü qədər böyük olan alçaq hissləri idi. Rüfətin atasi Samir kişi vəfat edərkən ailəsini Sabirə əmanət etmişdi. Hər kəs bilirdi ki, əslində Samir yox, Sabir ölməli idi, lakin silahdan açılan o isti atəş Samir kişiyə dəydi. Yas günü bütün qohum-eqraba, hamı Samirin bu fədakarlığından danışırdı, lakin Sabir hec ne olmamış kimi çay içir, ara bir siqaret yandırırdı. Onda Rufet balaca idi lakin görürdü, dərk edirdi. Bilirdi ki, artıq her şey əvvəlki kimi olmayacaq. Artıq həmişəki xoşbəxt aile tablosu olmayacaq..
Samirin ili çıxan kimi Sabir min bir bəhanə ilə Rüfətgili evlərindən çıxartdı. Güya söküləcək evler siyahisinda idi. Beli, ev söküldü amma yerinde SBR holdinqin binasi tikildi. Hansi ki, o binada, o şirkətdə Samirin də payı vardı. Lakin Sabir saxta sənədlərlə Rüfətgili aldadır, Samirin bütün pulu qumarda uduzduğunu deyirdi. Rüfət bütün bu olanlari indi xatirlayir kaş ki o vaxtlar nəsə edə bilərdim deyə özünü təqsirləndirirdi. Düzü Sabir Rüfətə iş təklif edirdi. Amma Rüfət qüruruna sığışdıra bilmirdi. Atasinin da payı olan bir şirkətdə adi işçi olmaq təklifin həzm edə bilmirdi. Günlər, aylar belə keçirdi. Hər gün yatarkən oyananda xoşbəxt olmaq ümidi ile yatırdı. Sabirin bir qızı vardı hansı ki, Samirin sağlığında əhd eləmişdilər ki, Ayseli Rüfətə verəcəklər. Samirin vəfatından sonra bu əhd peyman unudulurdu. Bir müddət sonra Sabir qızını Rüfətə verəcəyini xatırlatdı və sözünə əməl edəcəyini dedi amma bir şərtlə. Samirin bankda pulu vardı Rüfətin anası o pulu saxlayırdı ki, ən çətin anda ehtiyacların ödəyərlər. Bir neçə dəfə Rüfətə demişdi ki, pulu bankdan götür lakin Rufet razı olmurdu. Sabir də o pulu istəyirdi. Şərəfsizlik gözünü bağlamışdı artıq qızını da pula dəyişməyi göz önünə alırdı. Rüfət bu təklifə razı olmurdu. Pula görə yox, Ayselin qüruru alçalmasın deyə razı olmurdu. Hərçənd Ayseldə könlü vardı..Xatırlayır atası ilə keçən o günləri.. Yağışlı bir gündə gəzməyə çıxmışdılar. Samir kişi Rüfətə yağışdan sonrakı göy qurşağını göstərəcəkdi. Yağış dayandı, çox gözlədilər amma göy qurşağını görə bilmədilər. Sözün düzü Samir kişi bir az pis oldu. Çünki Rüfət böyük sevinc və həvəslə yağışın kəsməyin gözləyirdi, lakin göy qurşağını görmədi. Oğlunun bu sevinci yarim qaldığı üçün düşünürdü ki, yenə yağış yağanda onunla göy qurşağını görməyə gələrlər. Rüfət bu hadisəni kədərlə anırdı çünki bir dahakı səfər yağış yağanda artıq məhlələrində çadır qurulmuşdu ve Samir kişinin şəkli vurulmuşdu çadıra.
İndi 22 yaşı var və atasız keçən bu 12 il xoş olmayan yuxu idi sanki. O yuxu ki, bir ömür davam edecekdi..

Comments