Beyinə bir siqnal ötürülür. Təkliyin, yalnızlığın serenadası çalınır sanki. Heç kim axtarmaz səni. Heç kim düşünməz ki, hardasan, nə edirsən deyə. Lakin çox uzaqlarda, xoşbəxtlik adlı yerdə biri gözləyər səni. Uzaqdanda olsa səni izləyər, həyatını idarə edər. Sən bunu bilməzsən, ya da bildiyini inkar edərsən. Çünki o əlçatmazdı. Eldə etdiyin an itirə bilərsən, tək qala bilərsən. Ele bunları düşünəndə dərk elədi ki, dinlədiyi yalnızlıq serenadası deyil, hisslərinin səsidi. Sadəcə bunu olduğu kimi qəbul eləmir, qorxur. İtirməkdən, unudulmaqdan..

Comments
Post a Comment